Accessibility links

ABŞ-ın hərbi gəmisi Batumiyə çatıb


ABŞ hərbi dəniz gəmiləri Gürcüstana çatıb. ABŞ rəsmiləri bunun xoşməramlı missiya olduğunu bildirirlər. “U.S.S Barry” Batumi limanında bu gün lövbər salıb. Tbilisidəki Amerika səfirliyinin rəsmiləri deyir ki, gəmi gələn həftə Poti limanına hərəkət etməmişdən öncə ekipaj üzvləri yerli rəsmilər və ictimai təşkilatlarla görüşəcək. ABŞ–ın əvvəlki gəmilərinin səfərindən fərqli olaraq rəsmilər deyir ki, “U.S.S. Barry” humanitar yardım aparmır. Gəmi son dəfə Potiyə oktyabr ayında gəlmişdi. Bugünkü səfər Rusiyanın “Böyük Pyotr” hərbi dəniz gəmisi də daxil olmaqla flotiliyasının Karib dənizində Venesuela ilə təlimlər gecmək üçün hərəkətə düşdüyü vaxta təsadüf edir.

XS
SM
MD
LG