Accessibility links

Barak Obamanın iqtisadi komandası fəaliyyət planı üzərində işləyir


ABŞ prezidenti seçilmiş Barak Obama bildirib ki, o, iqtisadi komandasına 2011-ci ilin yanvar ayına kimi iki milyon yarım yeni iş yerinin açılması planı üzərində işləməyi tapşırıb. Bu gün Demokrat partiyasının həftəlik radio müraciətində cənab Obama deyib ki, iqtisadiyyatın bərpasına dair planın detalları üzərində iş davam edir, lakin söz verib ki, yanvar ayının 20-də rəsmən vəzifənin icrasına başlayan kimi sənədi imzalayacaq.

Hakimyyətə gələcək yeni prezident bildirib ki, iki illik fəalliyyət planı yeni iş yerlərinin yaradılması, güclü və inkişaf etməkdə olan iqtisadiyyatın əsasını qoymağı nəzərdə tutur.

ABŞ mətbuatının verdiyi məlumata görə, cənab Obama iqtisadi komandasının üzvlərinin adlarını bazar ertəsi günü açıqlayacaq.

XS
SM
MD
LG