Rusiyanın cənubundakı
Çeçenistan Respublikasının rəsmilər deyir ki, paytaxt Qroznu yaxınlığında 3
polis zabiti daxil olmaqla 4 nəfər öldürülüb. Rusiyanın İtar-Tass xəbər agentliyi deyir ki,
polis yanacaq müəssəsini qoruyan zabitin atəşə tutulmasına cavab verən zaman
partlayış baş verib. Rəsmilər deyir ki,
uzaqdan idarə olunan bomba polislərin bir yerə toplaşdığı vaxt partlayıb. İtar-Tassın məlumatına görə, 8 nəfər müxtəlif
dərəcəli xəsarət alıb və onlardan 5-i polis zabitidir. Cinayətkarları həbs etmək mümkün olmayıb.
Rusiyanın cənub hissəsində yerləşən və əhalisinin böyük əksəriyyətini
müsəlmanlar təşkil edən Çeçenistanda 1990-cı ildən bəri iki separatçı müharibə
baş verib.