Accessibility links

ABŞ və İsrail liderləri Yaxın Şərqdə sülhün bərqərar olunacağına ümid bəsləyirlər


ABŞ prezidenti Corc Buş və İsrailin baş naziri Ehud Olmert Yaxın Şərq sülh razılığının əldə olunacağına ümid bəslədiklərini bildiriblər. Bu açıqlama hər iki liderin vəzifədən getməsindən əvvəl onların son rəsmi görüşü zamanı verilib. Cənab Buş cənab Olmerti Ağ Evdə qəbul etdikdən sonra onlar müxbirlərin suallarını cavablandırıblar. Prezident Buş deyib ki, cənab Olmert həmişə sözünün üstündə dayanıb. Onun sözlərinə görə, bu, beynəlxalq siyasətdə olduqca vacibdir. Öz növbəsində baş nazir Olmert cənab Buşa göstərdiyi dostluq və İsrailə dəstəyinə görə tələkkürünü bildirib. O deyib ki, İsrail Birləşmiş Ştatların İraq lideri Səddam Hüseyni hakimiyyətdən devirməklə İsrail üçün onun sözlərilə, ən böyük strateji təhlükəni aradan qaldırmasını heç zaman unutmayacaq.

XS
SM
MD
LG