Accessibility links

Sabiq səfir: "Tbilisi ABŞ-ın mesajını səhv başa düşüb"


Sabiq gürcü diplomatı deyir ki, Gürcüstan hökuməti bu ilin əvvəlində ABŞ-ın dəstək mesajını düzgün başa düşməyib. Erosi Kitsmarişvilinin sözlərinə görə, bu anlaşılmazlıq və Gürcüstanın Cənubi Osetiyada silahlı qüvvədən istifadə etməsi avqustun 7-də Rusiyanın ölkə ərazisinə hərbi müdaxiləsinə səbəb oldu. Kitsmarişvili münaqişə baş verməmişdən bir ay əvvəl Gürcüstanın Moskvada səfiri olub. Sabiq səfir bu gün Tbilisidə keçirilən mətbuat konfransında jurnalistlərə açıqlama verib. Onun bu şərhləri dünən Gürcüstan parlamentində keçirilən paneldə səsləndirdiyi sözlərlə eynidir. Parlament komissiyasında verilən ifadəyə Gürcüstanın Cənubi Osetiyaya aprel ayının əvvəllərində müdaxilə etməyi planlaşdırdığı və prezident Mixail Saakaşvilinin 2004-cü ildə belə bir hücumu müzakirə etməsi ittihamları da daxil idi.

XS
SM
MD
LG