Accessibility links

Xüsusi təyinatlı qüvvələr Mumbayda əməliyyatlarını davam etdirirlər


Hindistanın xüsusi təyinatlı qüvvələri Mumbayın iki lüks mehmanxanası və yəhudi mərkəzində əməliyyatları davam etdirir. Eyni zamanda, təhlükəsizlik qüvvələri sayı məlum olmayan girovları xilas etməyə səy göstərir və dünəndən etibarən şəhərdə təlatüm yaradan hücumçuları təqib edir.

Bu gün Tac Mahal Palas və Oberio-Trident mehmanxanalarında komandos qüvvələri mərtəbə-mərtəbə əməliyyat apardıqca bir çox adamı girovdan azad etmək mükün olmuşdur. Mehmanxanalardan atəş və partlayış səslərinin gəldiyi xəbər verilir. Yanğın nəticəsində tarixi Tac mehmanxanasına ciddi zərər dəyib.

Hindistanın baş naziri Mahmohan Sinqh bu gün deyib ki, ölkənin maliyyə mərkəzində koordinasiya edilmiş bu hücumların təşkilatçıları belə görünür, ölkədən xaricdədir. Cənab Sinqh dünən güclü silahlanmış şəxslərin Hindistanın 10 şəhərində 100-dən çox insanın həlak olması və 300-dən çox insanın yaralanması ilə nəticələnmiş hücumlardan sonra xalqa müraciət edib.

XS
SM
MD
LG