Accessibility links

Vladiqafqaz merinin qətlinin məsuliyyətini İslamçı qrup öz üzərinə götürüb


Qafqazdakı İslamçı yaraqlı qrupu xristianların çoxluq təşkil etdiyi Şimali Osetiyanın Vladiqafqaz şəhərinin meri Vitali Karayevin qətlinin məsuliyyətini öz üzərinə götürüb. Bu barədə məlumat bu gün, separatçı respublikanın veb səhifəsində açıqlanıb. Məlumatda deyilir ki, Vitali Karayev Kətaib Əl-Xoul kimi tanınan yerli separatçı qrup tərəfindən qətlə yetirilib. Veb səhifədə merin qətlinin səbəbi isə onun siyasətində İslam dininə və qadınlara olan təhqiramiz münasibətləri ilə izah edilir. Açıqlanan məlumatdan az sonra Rusiaynın Ria Novosti xəbərlər agentliyi Şimali Osetiyanın hüquq mühafizə orqanına əsaslanaraq bildirib ki, Şimali Osetiyada Camaat adı ilə tanınan heç bir ekstemist qrup mövcud deyil.

XS
SM
MD
LG