Accessibility links

İraqda raket hücumu olub


İraq paytaxtında BMT qərargahı yaxınlığına raket hücumu 2 əcnəbi işçinin həlak olması, 14 nəfərin yaralanması ilə nəticələnib. BMT rəsmiləri deyir ki, raket güclü mühafizə olunan “Yaşıl Zona”ya atılıb. Ölənlər və yaralananların milliyəti barədə məlumat verilməyib. BMT İraqdakı heyətinin sayını 5 il əvvəl baş qərargahına intiharçı hücumu zamanı 22 nəfərin ölməsindən sonra azaldıb. Dünən İraq polisi deyib ki, Bağdadın cənubunda şiə məscidində kamikadze hücumu nəticəsində 12 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

XS
SM
MD
LG