Tanınmış azərbaycanlı jurnalist Məhəmmədrza Ləvai həbs olunub.
Bu məlumatı yayan “Savalan Səsi” xəbər
saytı bildirir ki, azərbaycanlı yazar cənab Ləvai doğma yurdu olan Əhərdə
təhlükəsizlik orqanları tərəfindən həbs olunub.
Həbsindən
8 gün keçməsinə baxmayaraq cənab Ləvainin harada saxlanması barədə məlumat
yoxdur. “Azad Təbriz” kimi başqa qeyri-rəsmi mənbələr isə yaxınlarının onun işgəncələrə məruz qalmasından narahat olduqlarını bildirirlər.
Cənab Ləvai bundan öncə Azərbaycanlı siyasi
fəal mərhum Qulamrza Əmani və onun qardaşlarının Təbrizdə keçirilən yas
mərasimi zamanı həbs edilmiş, qısa
müddət sonra azadlığa buraxılmışdı.
Bir neçə
qəzetlə əməkdaçlıq edən M. Ləvai “Arbatan”, “Terror və Azadlıq”, “Günəş
Səsindir batır!” kimi bir sıra şer və hekayə kitablarının müəllifidir.