Accessibility links

ABŞ Meksika və Mərkəzi Amerika ölkələrinə yardım göstərəcək


ABŞ-ın Meksikadakı səfiri Toni Qarzanın Amerikanın 197 milyon dollar məbləğində yardım göstərəcəyini elan edib. Merida təşəbbüsü adlanna bu yardım paketi Meksika və Mərkəzi Amerika ölkələrinə narkotik maddə qacaqmalçılığı ilə mübarizə sahənə ayrılıb. Meksikaya nağd pul deyil, vertolyotlar və silahla yardım göstəriləcək. Merida təşəbbüsü 3 il müddətində avadanlıqla təchizat və huquq-mühafizə orqanlarına yardımı nəzərdə tutur. Təkcə bu il ərzində Meksikada 4 minə yaxın adam narko-biznes zorakılıqlarının qurbanı olub. Baxmayaraq ki, Meksika prezidenti Filip Kalderon 36000 əsgəri narkotik maddə qacaqmalçılığı ilə mübarizəyə cəlb edib. Zorakılıqlara əsasən Meksikanın şimal, nakotik maddə qacaqmalçılığının həyata keçirildiyi ABŞ-la sərhəd bölgələrində yol verilir.

XS
SM
MD
LG