ABŞ-ın Şimali Koreyanın nüvə məsələsi üzrə ali
müzakirəçisinin sözlərinə görə, rejim Şimali Koreyanın nüvə tərksilahı səyləri
ilə bağlı müstəqil yoxlama qrupunun yaradılması təklifini dəstəkləməyib. Hazırkı danışıqlar Pekində 4 günlük
müzakirələrdən sonra bu gün bitir. ABŞ dövlət katibinin yardımçısı Kristofer
Hill danışıqlar başa çatan kimi Pekin hava limanına yola düşüb. O,
jurnalistlərə bildirib ki, Şimali Koreya yoxlama qaydalarını tam tələb olunan
standartlarla qəbul etməyə hazır deyil. Birləşmiş Ştatlar təkid edir ki, Şimali
Koreyanın iddialarını təsdiq etmək üçün müfəttişlərə ölkənin nüvə
obyektlərindən nümunə götürməsinə icazə verilməlidir.