Accessibility links

İran OPEK-i neft hasilatını azaltmağa çağırmağa hazırlaşır


Iran OPEK ölkələrinin gələn həftə Əlcəzairdə keçicilək iclasında karteli neft istehsalını azaltma]aa çağırmağa hazırlaşır. Iranın neft naziri bu gün bildirib ki, Tehran qiymətlərin qalxması üçün istehsalı gündə 1.5 milyonla 2 milyon barrel arasında səviyyəyə çatdırmağa səy göstərəcək. İyul ayında rekord səviyyəyə qalxdıqdan sonra neft qiymətləri büdrəməkdə olan qlobal iqtisadiyyat tələbatı azaltdığı qədər enməyə başlayıb. Lakin keçən həftə OPEK xam neftin qiymətinin kəskin enməsinə baxmayaraq, istehsalı azaltmaq haqda qərar verməmişdi. OPEK dünya neftinin 40 faizini istehsal edir.

XS
SM
MD
LG