Accessibility links

Hindistan yeni kəşfiyyat agentliyi yaratmaq istəyir


Hindistan parlamenti ABŞ-ın Federal Tətqiqatlar Bürosuna oxşar milli anti-terror agenltiyinin yaradılmasını barədə qanun layihəsi təklif edib. Ölkə qanunvericiləri bu gün habelə terrorçulara qarşı qanunların daha da ağırlaşdırılmasını müzakirəyə çıxarıblar. Buraya polisə şübhəli şəxsləri 180 gün saxlamaq imkanı verilməsi də daxildir. Qeyd edək ki, hazırda Hindistanda şübhəlilər 90 gündən çox saxlana bilməzlər. Təklif olunan qanun layihəsi terrorizmlə mübarizəyə daha çox pul ayrılmasını nəzərdə tutur. Hindistanın dövlət təhlükəsizlik agentlikləri keçən ay 170 nəfərin həlak olması ilə nəticələnən Mumbay hücumlarını aşkar edə bilmədiklərinə görə tənqid atəşinə məruz qalmışdılar.
XS
SM
MD
LG