İranın Pakistandakı səfiri Maşallah Şakəri bildirib ki, bir ay bundan əvvəl bu ölkədə girov götürülmüş İran diplomatı sağdır. O, səfirliyin Hizmətullah Əttarzadə Niyakinin yerinin tapılması səylərinin müvəffəq oldugunu deyib. Səfirin bildirdiyinə görə, Pakistanın təhlükəsizlik qüvvələri ona ticarət attaşesinin sağ olduğu haqda məlumat veriblər. İranın səfiri əlavə edib ki, o, Əttarzadənin tez bir zamanda ailəsinə qovuşacağına ümid bəsləyir. İran diplomatı şəxsiyyəti məlum olmayan silahlılar tərəfindən Pakistanın şimal-qərbində yerləşən Peşəvar şəhərində cangüdəni öldürdükdən sonra oğurlanmışdı. Yerli polis zabitinin verdiyi məlumata görə, Əttarzadə maşənını İran konsulluğuna sürdüyü zaman pusquya salınmışdır.