Accessibility links

Hindistanla Pakistan arasında gərginlik artmaqdadır


Hindistanın İslamabaddan terrorçulara qarşı əməliyyatlar keçirməsi tələblərindən sonra bu ölkənin Paksitanla münasibətləri getdikcə gərginləşir. Pakistan “sayıqlığın artırıldığını” deyərək, qırıcı təyyarələrini bəzi şəhərlərin üzərində uçurur. Bu gün yüzlərlə diplomat qarşısında çıxış edən Hindistanın xarici işlər naziri Pranab Mokherji deyib ki, İslamabad Mumbaydakı hücumlara bağlı inkar siyasəti yürüdür. Dehlinin bildirdiyinə görə, Mumbayda 170 nəfərdən çox insanın həlak olduğu terror hücumlarında Pakistandakı İslamçı qrup Ləşkər–e Taibanin əli var. İslamabad isə Dehlidən hücumların Pakistandakı ekstemistlər tərəfindən həyata keçirildiyini sübut edən dəllilər tələb edir.

XS
SM
MD
LG