Accessibility links

Piter Semnebi: "AB Moskva bəyannaməsini yüksək qiymətləndirir"


Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycana səfər edib. Səfəri çərçivəsində Azərbaycan dövlət başçısı İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşən cənab Semnebi danışıqların məhsuldar keçdiyini bildirib. Xüsusi nümayəndə Bakıda jurnaistlərə açıqlamasında xarici işlər naziri ilə görüş zamanı regional təhlükəsizlik, Qərb tərəfdaşlığı təklifi və Dağlıq Qarabağ məsələləri barədə müzakirələr aparıldığını deyib. Onun sözlərinə görə, Avropa Birliyi Dağlıq Qarabağ barədə Moskva bəyannaməsini yüksək qiymətləndirir və bu danışıqların davamı üçün yaxın zamanda prezidentlərin bir yerə toplanacağına ümid edir. Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklərə münasibət bildirən Piter Semnebi Avropa Birliyinin bu məsələ ilə bağlı xüsusi tövsiyələrinin olmadığını deyib. Onun sözlərinə görə, məsələ ictimai rəy nəzərə alınmaqla ciddi müzakirə olunmalıdır.

XS
SM
MD
LG