Gürcüstan xarici işlər nazirinin sözlərinə görə, o,ölkəsinin gələn il yanvarın 4-də ABŞ-la strateji tərəfdaşlıq sazişini imzalayacağına əmindir. Grigol Vaşadze sənədi imzalamaq üçün gələn il Vaşinqtona səfər edəcəyindən 99 faiz əmin olduğunu bildirib. Hazırda sənədin hazırlanması üzrə iş davam edir. Birləşmiş Ştatlar Dövlət Departamenti bəyan edib ki, müzakirə mövzusu olan ikitərəfli xartiya keçən həftə Ukrayna ilə bağlanan razılaşmanın oxşarıdır. Departamentin sözçüsünün bildirdiyinə görə, saziş təhlükəsizlik , demokratik və iqtisadi istahatlar sahəsində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.