Bu gün Azərbaycan Ali Məhkəməsində
sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin kasasiya şikayətini rədd edib. Şikayət Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimlərinə qarşı iddia ilə
bağlıdır. İddiaya görə, hakimlər cənab Əliyevin işinə baxan zaman sağlamlığın
qorunması və tibbi yardım almaq, habelə şəxsi və ailə həyatına hörmət
hüquqlarını təmin etməyib. Fərhad Əliyev və onun qardaşı Rafiq Əliyev 2005-ci
ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib. Sonradan bu
ittiham ayrıca icraata ayrılıb. 2007-ci ilin oktyabrında Əliyevi iqtisadi
cinayətlərdə ittiham edərək, 10 il müddətinə azadlıqdan məhrum ediblər.