Accessibility links

Mahmud Abbas Həması İsraillə sülhə çağırır



Fələstin lideri Mahmud Abbas deyib ki, fələstinlilər Həmas qrupunun İsraillə 6 ay əvvəl imzaladığı sülh müqaviləsindən sonra bu ölkə ilə yeni qarşıdurmadan çəkinirlər.

Cənab Abbas bu gün Qahirədə öz rəqiblərini İsraillə sülhü yenidən davam etdirməyə çağırıb. Bu çağırışa Misirin xarici işlər naziri də qoşulub. Əhməd Əbul Geyt də Həması qonşu ölkə ilə əldə olunan sulh anlaşmasını uzatmağa çağırıb.

Fələstin rəsmilərinin dediyinə görə, İsrail qüvvələrinin son iki gündə Qəzzaya hücumu nəticəsində ölənlərin sayı ən azı 271-ə çatıb.

İsrail isə bildirir ki, onların Qəzza silahlılarına cavab olaraq hava zərbələrini endirməkdən başqa, xüsusi niyyətləri olmayıb.

İsrailin baş naziri Ehud Olmert hərbi əməliyyatlarla bağlı mətbuat konfransı keçirərək bildirib ki, hücumların hədəfi Qəzza zolağında yaşayan əhali deyil, «Həmas» silahlı qruplaşmasının tərəfdarlarıdır.

Əməliyyatların davam etdiriləcəyi istisna etməyən baş nazir, hazırda digər dünya dövlətləri ilə də vəziyyəti müzakirə etdiklərini bildirib.

XS
SM
MD
LG