Accessibility links

Təbrizdə daha bir azərbaycanlı itkin düşüb


İran mənbələri Təbrizdə bir azərbaycanlı fəalın yoxa çıxması barədə məlumat yayıblar. Yerli mənbələrın bildirildiyinə görə, Təbriz Özəl Universitetində fəaliyyət göstərən “Arman” Tələbə Təşkilatının Mərkəzi Şurasının üzvü Vəhid Şıxbəylı naməlum şəxslər tərəfindən oğurlanıb.

“Yurd” internet səhifəsi iddia edir ki, dekabrın 24-də bir neçə şəxs cənab Şıxbəylının Təbrizdəkı evinə gələrək hərəkatçıdan mənzilinin qabağında saxladığı avtomobilinin yerini deyişdirməsini xahiş ediblər. Evdən çıxan Vəhid bir daha geri qayıtmayıb. Təbrizili fəalı qapıya çağıran adamların İran Təhlükəsizlik orqanlarınını əməkdaşları olduqları güman edilir.

Vəhid Şəxbəylı 2006-cı ilin may ayında təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən həbs edilərək, 50 gün müddətinə Ettelaatın qapalı rejimli təcridxanasında saxlandıqdan sonra zaminə buraxılmışdı. İslam İnqılabı Məhkəməsi ona 91 günlük şərti həbs cəzası vermişdi.

XS
SM
MD
LG