Accessibility links

Rusiya Kiyevi qaz oğurluğunda ittiham edir


Rusiyanın dövlət nəzarətində olan Qazprom şirkəti Ukraynanı Avropaya ötürdüyü qazı oğurlamaqda ittiham edib. Qazpromun direktor müavini Alaksandr Medvedyev bu gün Praqada jurnalistlərlə söhbəti zamanı Moskva qazın nəqlini dayandırandan sonra Ukraynanın Rusiyadan hər gün 35 milyon kub metr qaz oğurladığına dair iddiaları bir daha təkrar edib. O, rəsmi Kiyevi danışıqlar üçün Moskvaya nümayəndə göndərmədiyinə görə tənqid edib. Qiymət ətrafında uzun mübahisədən sonra Rusiya yanvarın 1-dən Ukraynaya qazın nəqlini dayandırıb. Buna baxmayaraq, Qazprom Ukrayna vasitəsilə Avropa ölkələrinə qazın nəqlini davam etdirir. Ukrayna qazın oğurlanması barədə iddiaları rədd edərək bildirib ki, Rusiya yanacaq nəqlini azaldıb. Dünən Avropa Birliyi qazın nəqlinin bərpasını tələb edib.
XS
SM
MD
LG