Accessibility links

Azərbaycana azad mətbuat lazımdır


Azərbaycan Azadlıq radiosu, Amerikanın səsi və BBC-nin licenziyalarını uzadılmaması barədə qərar qəbul edib. Azadlıq radiosunun Azərbaycan redaksiyasının direktoru Kənan Əliyevə istinadən bu qərar şübhəsiz xarici kütləvi məlumat vasitələrini susduracaq. O deyib: “ Əgər biz FM- dalğasını itirsək, dinləyicilərimizin 95 faizini itirəcəyik. FM-də verilişləri dayandırılmış yayım şirkətləri verilişlərini Azərbaycanda yalnız peyk və İnternet vasitəsilə yaya bilər.

Dövlət Departamentinin mətbuat katibinin müavini Gordon Duguid yazılı bəyanatda qeyd edib ki, “Birləşmiş Ştatlar Azərbaycanın Azadlıq radiosu, Amerikanın səsi və BBC-nin lisenziyalarının uzadılmaması qərarına görə dərin təəssüf hissi keçirir. Bu kütləvi informasiya vasitələri demokratik debatların, habelə ideya və məlumatın azad mübadiləsini dəstəkləməkdə mühüm rol oynayır.” Cənab Duquidin bildirdiyinə görə, “qərar həyata keçirilsə, bu, Azərbaycanda söz azadlığı sahəsində ciddi geriləmə və demokratik islahatların ləngiməsi demək olacaq.”

Xarici yayımların susdurulması belə görünür, azad mətbuata qarşı kampaniyanın bir hissəsidir. 2008-ci ildə tanınmış üç jurnalist siyasi motivlər əsasında irəli sürülmüş ittihamlarla həbsxanada saxlanıblar. Dördüncü jurnalist ciddi pozuntularla müşahidə olunmuş məhkəmə prosesində azadlıqdan məhrum olmuşdur. Jurnalist Emin Hüseynov polis tərəfindən tutulub vəhşiçəsinə döyüldükdən sonra xəstəxanaya aparılmışdır. Rəsmilər nə bu insidenti, nə də jurnalistlərə qarşı zorakılıqlara dair digər halları araşdırmamışlar. Sərhədsiz Reportyorlar təşkilatının mətbuat azadlığına dair illik hesabatına əsasən , Azərbaycan 173 ölkə arasında 150-ci yerdədir.

Beynəlxalq jurnalistlər mərkəzinin nümayəndəsi Çarlz Rays deyir ki, Azadlıq radiosu, Amerikanın səsi və BBC-nin FM-də yayımı olmadan azərbaycanlıların senzurasız mətbuata çıxışı demək olar ki, yoxdur. Yerli və dövlət tərəfindən idarə olunan kütləvi informasiya vasitələrindən fərqli olaraq, xarici stansiyalar korrupsiya və rüşvətxorluğa dair ətraflı məlumat verirlər.

Amerikanın səsi və Azadlıq radio stansiyalarını idarə edən Yayım Şurasının üzvü Cefri Hirşberq deyib ki, “ bu vəziyyətdə uduzan Azərbaycan xalqıdır.” Onun sözlərinə görə, “qərar belə görünür, rəsmilərin qərəzsiz informasiyaya çıxışı məhdudlaşdırmağa yönəlmiş birgə səylərinin bir hissəsidir. Biz Azərbaycan hökumətini bu qərara yenidən baxmağa və onların özlərinin işarə etdiyi kimi, vəziyyəti həll etmək üçün birgə işləməyə çağırırıq. Bununla bərabər, biz Azadlıq və Amerikanın səsinin populyar programlarını Azərbaycana yayımlamaq üçün, mümkün bütün alternativ yolların tapılmasını davam etdirəcəyik.”-deyə o bildirib.

XS
SM
MD
LG