Accessibility links

Qəzzadakı münaqişənin həllinə dair diplomatik səylər intensivləşib


Fransa prezidenti Nikola Sarkozinin Qəzza Zolağındakı zorakılıqlara son qoyulması barədə danışıqlar məqsədi ilə Qüdsə səfəri münaqişənin həllinə dair diplomatik səyləri intensivləşdirib. İsrail qüvvələrinin hava və qurudan hücumları isə davam edir.

Avropa Birliyinin yüksək səviyyəli nümayəndə heyəti Qüdsdə İsrailin xarici işlər naziri Tzipi Livni ilə görüşüb. Humanitar yardım və əməkdaşlıq vədlərinə baxmayaraq, atəşkəs əldə ediləcəyi uzaq görünür. Xarici İşlər naziri Livni İsrailin mövqeyini bir daha təkrar edərək, Həmas yaraqlılarının İsrail ərazilərinə raket atəşlərini dayandırmayınca hücumları davam etdirəcəyini bildirib. Nazir Livni bütün məsuliyyəti Həmasın üzərinə ataraq, bu təşkilatın terrorçu bir təşkilat olduğunu, onun Suriya, İran və Livandakı eksremist Hezbullah qrupu ilə əlaqəsi olduğunu deyib.

Avropa Birliyinin xarici əalqərlər şöbəsinin rəhbəri Həviar Solana tez bir zamanda atəşkəsə nail olunmasına çalışıldığını və bu sahədə Misirlə əməkdaşlıq edildiyini bildirib. İsrailin yalnız Həması hədəf aldığını deməsinə baxmayaraq, Qəzzanın səhiyyə rəsmiləri hücumlar zamanı 520 nəfər fələstinlinin öldüyünü, iki mindən çoxunun isə yaralandığını bildirirlər.

XS
SM
MD
LG