Accessibility links

Rusiya ilə Ukrayna arasında qaz nəqli ilə bağlı danışıqlar bərpa ediləcək


Avropada yaşanan qaz çatışmazlığı ilə bağlı Ukrayna və Rusiya bir-birini etibarsızlıqda günahlandırır. Rusiya baş naziri Vladimir Putin dünən axşam Ukraynana qaz nəqlini azaltmağı əmr edib. "Razıyam, azaltmaları bu gün başlayın," deyə o, bildirdi. Putin bu tövsiyəni Rusiyanın Qazprom enerji monopoliyasının rəhbəri Aleksey Millerlə televiziyada yayımlanan görüşün sonunda verdi.

Səhər tezdən Bolqarıstanın İqtisadiyyat və Enerji naziri onun ölkəsinə, habelə Türkiyəyə, Yunanıstana və Makedoniyaya ötürülən qazın dayandırıldığını xəbər verdi. Çex Respublikası qaz təchizatının 75 faiz, Avstriya isə 90 faiz azaldığını bildirir. Avropa Birliyi təcili olaraq qaz təchizatının bərpasına çağırmış və Rusiya ilə Ukrayna arasındakı mübahisənin həll olunmasına səsləmişdir.

Qazpromun rəhbəri Millerlə danışıqlarda cənab Putin qazın bütünü müştərilərilərə, o cümlədən Gürcüstana verilməsinin etibarlılığını təmin etməyə maraq ifadə edib. O, Millerə tapşırıq verib ki, Avropa Birliyinı Rusiyanın Ukrayna ilə mübahisəsi haqda məlumat versin.

Rusiya Ukraynanın oğurladığını iddia etdiyi 65 milyon kub metr həcmində qazı saxlayacağını və oğurluq davam etdikcə bu qazın nəqlini dayandırcağını bəyan edib. Ukrayna isə Rusiyadan gələn qazın kəskin azaldığını xəbər verir. Ukraynanın Naftohaz qaz şirkətinin rəhbəri Valentin Zemliyanski Amerikanın Səsinə bildirib ki, şirkət Ukrayananın imicindən narahatdır. Onun sözlərinə görə Rus mediası bilərəkdən Ukrayna barədə saxta məlumatlar yayır. O, həmçinin Ukraynanın qaz oğurladığını rədd etmiş və ölkəsinin Avropaya aldığından daha çox qaz ötürdüyünü dilə gətirmişdir.

Zemliyanski deyir ki, Ukrayna 82 milyon kub metrdən çox qaz nəql edib ki, bu da ölkənin öz qaz ehtiyatları bahasına başa gəlib. Rusiya rəsmiləri Avropa qaz nəqlini Belarusdan keçən alternativ bou kəmərləri vasitəsilə artıracaqlarını deyirlər. Lakin bu marşrurun tutumu Ukraynada olduğu qədər iri deyil. İndiyədək Ukrayna vasitəsilə rus qazının 80 faizi Avropaya ötürülüb. Ukrayna və Rusiyanın qaz təchizatı barədə 2009-cu il üçün müqaviləsi yoxdur. Ukrayna Rusiyanın borclarını gec ödədiyinə görə tətbiq etdiyi 615 milyon dollarlıq cəriməni rədd edir. Rusiya Ukraynadan 2009-cu ildə hər min kub metr qaz üçün 450 dollar ödəməyi tələb edir. Bu isə, Moskvanın Dekabrın 31-də təklif etdiyi 250 dollardan az qala iki dəfə çoxdur. Ukrayna qaz şirkətinin rəhbəri Cümə Axşamı danışıqlar aparmaq üçün Moskvaya yola düşəcək.


XS
SM
MD
LG