Accessibility links

ABŞ iqtisadiyyatı ciddi problemlərlə üzləşir


Bu gün açıqlanan hesabatlar göstərir ki, ABŞ iqtisadiyyatının xidmət, satış, istehsal və ev bazarı sektorları ciddi problemlərlə üzləşir. Xidmət sahəsi dünyanın ən iri iqtisadiyyatının aparıcı sektorudur. Dekabr ayında ev bazarında yavaşıma və istehlakçı xərclərinə azalma ucbatından bu sektor ciddi zərbə alıb. Lakin Təchizat Menecmenti İnstitutunun açıqladığı məlumata görə dekabr ayında xidmət sektorunda qeydə alınan kiçilmə əvvəlki aylara nisbətən mülayim olub. Satış rəqəmləri də narahatedicidir. Milad bayramından sonra xüsusi endirimələr istehlakçıları bazarlıq etməyə sövq etdi, lakin bunlar da bazarlıq mövsümümün məyusedici nəticələrini aradan qaldırmayıb. Ötən həftənin satışları keçənilki rəqəmlə müqayisədə 1% enib. Habelə ABŞ-ın ev bazarında və istehsal sahəsindəki sifarişlərdə də kəskin eniş qeydə alınıb.

XS
SM
MD
LG