Accessibility links

Rusiya Avropaya qaz nəqlini dayandırıb


Rusiyanın baş naziri Vladimir Putin Ukrayna ilə artmaqda olan gərginliklər fonunda Rusiyanın Avropaya qaz nəqlinin dayandırılmasına göstəriş verib. Cənab Putin bu qərarı Qazprom şirkətinin rəhbəri Aleksey Millerlə görüş zamanı verib. Ukraynanın Naftoqaz dövlət enerji şirkətinin bildirdiyinə görə, Qazprom qaz təminatını bu gündən etibarən dayandırıb. Avstriya, Slovakiya, Rumıniya və Çex Respublikası da təminatın tamamilə dayandıırldığını bəyan edib. Rusiyadan qaz təminatı kəsilən ölkələrin ümumi sayı 12-dir. Avropa İttifaqı rəsmiləri Rusiyanın bu əməlini “qəbuledilməz” adlandırır. Rusiya Ukraynanın qazla təminatını yanvar ayının birindən dayandırıb. Avropaya qaz nəqli isə Rusiyanın Ukraynanı qaz oğurluğunda ittiham etməsindən sonra kəsilib. 6 Balkan ölkəsi, Macarıstan və Türkiyə təminatdan çərşənbə axşamından məhrum edilib. Avropa İttifaqının Rusiya ilə Ukraynanın müzakirələrə hazır olduğunu elan etməsi ABŞ Dövlət Departamenti tərəfindən alğışlanıb.

XS
SM
MD
LG