Rusiya
ilə Ukraynadan nəql olunan qazın monitorinqi barədə razılıq əldə edildikdən
sonra Avropa təbii qaz təchizatının tez bərpa olunmasına çağırır. Ukrayna enerji rəsmiləri həmin ölkə
vasitəsilə qaz daşınmasına nəzarət edəcək Avropa Birliyi missiyasının
tərkibində Rusiya ekspertlərinin iştirak etməsinə icazə verib. Onlar ilkin olaraq Rusiyanın missiyada
iştirakına müqavimət göstərirdilər.
Qiymətlə bağlı mübahisə üzündən Rusiya yanvarın 1-dən etibarən Ukraynana
bütün qaz təchizatını dayandırıb. Çərşənbə günü isə Moskva Ukraynananı tranzit
qazını oğurlamaqda ittiham edərək Avropaya nəqil edilən qazın dayandırılmasına
əmr verdi. Ukrayna bu ittihamları rədd
edir. Moskvanın bu addımı milyonlarla
Avropalını qışın soyuq temperaturu ilə üzləşməyə məcbur edib.