Accessibility links

İsraillə Həmas arasında döyüşlər davam edir


Bu gün İsrail və Həmas Qəzza münaqişəsinə son qoyulması istiqamətində beynəxalq cəhdləri rədd edəndən sonra döyüşləri davam etdiriblər. İsrail təyyarələri və tankları Qəzzanı atəşə tutan zaman Həmas yaraqlıları İsrail ərazisinə raket atıblar. İsrailin 40-dan çox hava hücumu nəticəsində Həmasın 15 döyüşçüsü həlak olub.Ordu deyir ki, quru qüvvələr də Qəzza zolağında fələstinli yaraqlılarla toqquşub. Fələstinli səhiyyə işçilərinin sözlərinə görə, tankların hücumu zamanı Qəzzanın şimalında ən azı 8 nəfər həlak olub. İsrail qırıcı təyyarələri bu gün habelə Qəzza sakinlərinə xəbərdarlıq vərəqələri yayıb. Xəbərdarlıqda hücmların intensivləşəcəyi bildirilir. Bununla yanaşı, Həmas bu gün İsrail cənub Aşkelon şəhərinə raket hücumu edib. 3 nəfər xəsarət alıb. Qahirədə isə Fələstinlilərin prezidenti Mahmud Abbas Misirin təklif etdiyi atəşkəs razılığı barədə Misir prezidenti Hüsnü Mübarəklə danışıqlar aparıb. Cənab Abbas bunu qan axıdılmasını dayandırmağın yeganə yolu adlandıraraq ölçülərin qəbul olunmasına çağırıb.
XS
SM
MD
LG