Accessibility links

Türkiyədə 4 zabit dövlət çevrilişi cəhdində ittiham olunub


Türkiyənin dövlət xəbər agentliyinin məlumatına görə, məhkəmə 4 ordu zabitini dövlət çevrilişinə cəhddə ittiham edib. Anadolu agentliyi bildirir ki, 2 polkovnik və 2 leytenant hakim partiyanın iddiasına görə, Türkiyənin İslam təmayüllü hökumətini devirməyə çalışan terrorçu təşkilatı ilə təmasda ittiham olunur. Agentlik ittihamların dəqiq adını açıqlamayıb. Dünən dövlət çevrilişinə cəhd iddiası ilə bağlı təhqiqatın getdiyi zaman polis Ankara yaxınlığında silah anbarı aşkar edib. Raket atan qurğu, plastik partlayıcılar və digər silahlar paytaxtdan kənarda dövlətə məxsus bir fermada tapılıb. Məlumata əsasən, polis anbarın mövcudluğu haqda məlumatı şübhəli bilinərək həbs edilmiş şəxslərin birindən müsadirə edilmiş sənədə əsasən əldə edib.

XS
SM
MD
LG