Qərbi Avropa şəhərlərində on
minlərlə insan Qəzzada davam edən
zorakılıqlara etiraz məqsədi ilə nümayiş keçirir. Londonda nümayişçilər İsrail
səfirliyi qarşısında Fələstinlilərin bayraqlarını dalğalandıraraq İsrailin
Qəzzaya hücumlarını təcili dayandırmasına çağırıblar. Etiraz askiyasının iştirakçıları
- Britaniya Müsəlmanları, solçu siyasi qrupların üzvləri və tələbələr hücumları
bəşəriyyətə qarşı cinayət kimi təsvir edən plakatlar qaldırıblar. Almaniyanın
Dyusburq şəhərində 10 min insan yürüş keçirərək, blokadanın ləğvinə və
zorakılıqların təcili dayandırılmasına səsləyiblər. Aksiyanın dinc keçməsinə
baxmayaraq, bəzi nümayişçilər İsrail bayraqlarına qartopu atıblar. Sabah
Londonun Trafalqar Meydanında da etiraz aksiyasının keçiriləcəyi gözlənilir.