Accessibility links

Obama administrasiyası Əl Qaidə problemini prioritet hesab edir


ABŞ-ın növbəti prezidenti Barak Obama Pakistan və Əfqanıstnla bağlı xarici siyasətini müəyyən etdikcə Əl Qaidaya qarşı mübarizə başlıca prioritetlərdən olacaq. Nyu Yorkda terror hücumlarından 7 il sonra Əl Qaida terror şəbəkəsi hələ də xəbər başlıqlarında qalır. Pakistanda terror hücumu, Quantanamo Körfəzində Əl Qaida şübhəlilərinin məhkəmələri, ABŞ pilotsuz təyyarələri tərəfindən militantların öldürülməsi -- bütün bu insidentlər diqqəti terrorist təşkilatına yönəldib.

Terrorizm üzrə ekspertlər deyir ki, ABŞ və NATO-nun İraq və Əfqanıstanda hərbi uğurlarına baxmayaraq, Əl Qaida müsəlman dünyasında anti-Qərb hisslərini qıcıqlandırmaqda davam edir. Onun son məqsədi İspaniyadan İndoneziyaya qədər ərazidə şəriətə əsaslanan İslam hökumətləri yaratmaqdır. Terrorizm ekspertləri və "Terroristin Beyni" adlı kitabın müəllifi Cerold Post deyir ki, Əl Qaidanın strategiyası mürəkkəbdir və onun döyüş taktikaları psixoloji xarkater daşıyır.

"Psixoloji müharibədə təkcə ağıllı bombalar və raketlərlə vuruşmaq olmaz. Hər öldürülən terrorist liderin yerini 10-u əvəzləyir. Burada terrorist yaradan maşın var."

Bunun qarşısını almaq və Əl Qaidanı məğlub etmək üçün Post 4 mərhələli həll planı təklif edir: "Birincisi, potensial terroristlərin qrupa qoşulmasının qarşsını almaq. İkincisi qrup daxilində təfriqə salmaq. Üçüncüsü qrupodan çıxış yollarını müəyyən etmək. Və nəhayət qrupa olan dəstəyi azaltma və onun liderlərini kiçiltmək."

Bəzi ekspertlər deyir ki, Əl Qaidanın İraqdakı terror kampaniyası iflasa uğradı. ABŞ qüvvələrinin həyata keçirdiyi strategiya terror qrupuna ictimai dəstəyi azaltmağa nail oldu. David Qartenstayn Ross Əl Qaida üzrə ekspertdir.

"Son iki il İraqda Əl Qaidaya baha başa gəlib, ələlxüsus da Oyanış Şurasının yranamsından sonra. Məlum oldu ki, Əl Qaidanın azadlıq hərəkatı olması haqda deyilənlər mifdir. Əl Qaidanın hakimiyyətinə altında olan adamlar onu rədd edənlərin ön sıralarında yer alır."

Analistlər deyir ki, Obama prezidentliyi Əl Qaidanı narahat edir. Əl Qaida lideri Ayman Əl Zavahiri artıq yeni prezidenti kafir elan edib. Müşahidəçilərin fikrincə terror şəbəkəsi narahatdır ki, əgər cənab Obama müsəlmanlar arasında Amerikanın imicini dəyişə bilsə onda onlar üçün təşkilata yeni adamlar cəlb etmək çətinləşəcək.

XS
SM
MD
LG