Accessibility links

Roma Papası İranla münasibətlərin yaxşılaşması sahəsində iş görəcəyinə söz verib


Roma Papası Benedikt deyib ki, İranla Roma Katolik kilsəsi arasında münasibətlər yaxşılaşmalıdır. Roma Papası bunu bu gün, Vatikanda İranın katolik kilsəsinin nümayəndələri ilə görüşü zamanı deyib. O, İran kilsələrində keşiş çatışmazlığı və digər məsələləri nəzərə alaraq, yerli katolik icma liderlərinin çətin şəraitdə fəaliyyət göstərmələrini alqışlayıb. Roma Papası İranın qədim tarixə və mədəniyyətə malik olduğunu vurğulayaraq, dialoq qurmaq üçün dindarları daha yaxından işləməyə çağırıb. O, yerli icmaları cəlb etmək üçün kilsənin xeyriyyə işləri görməli olduğunu deyib. Roma Papası İran İslam Respublikası rəsmiləri ilə Katolik kilsə arasında münasibətlərin yaxılaşması istiqamətində iş görəcəyinə söz verib.

XS
SM
MD
LG