Şahidlərin dediyinə görə, İsrailin zirehli maşınları və tankları sərhədlərə doğru istiqamət alıb.Fələstin fraksiyaları İsrailə Qəzza zolağını tərk etməsi üçün bir həftə vaxt vermişdi. Fələstin sözçüsü möhlətin bu gün verilməsi ilə yanaşı, bir həftəlik atəşkəs elan edildiyini bəyan edib. İsrail də bu gün səhərdən etibarən təktərəfli atəşkəs elan edib. Lakin buna baxmayaraq bir neçə saat sonra fələstinli yaraqlılar İsrailə 12 raket atıb.İsrailin döyüş təyyarələri Həmasın İsrailin cənub Sderot şəhərinə qarşı raket hücumları üçün istifadə etdiyi qurğuları bombardman edib. Fələstinin səhiyyə işçiləri bildirirlər ki, raket atılan yerdən o qədər də uzaq olmayan Xan Yunis şəhəri yaxınlığındabir fələstinli mülki vətəndaş öldürülüb. İsrailin başnaziri Ehud Olmert Qəzzada atəşkəsi həssas adlandıraraq, vəziyyətin hər dəqiqə nəzərdən keçirildiyini bildirib.