Accessibility links

Metyu Brayza İlham Əliyevlə xarici radioların məsələsini müzakirə edib


Bu gün Bakıda səfərdə olan ABŞ dövlət katibinin müşaviri, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza xarici radioların yerli tezliklərdə yayımının dayandırılması ilə bağlı suala cavab verib.

“Bu radiolar bir qrup jurnalistin Azərbaycan xalqına məsələləri necə görmək istədiyini təqdim edən radiolardır. Biz inanırıq ki, Amerikanın səsi, Azadlıq, BBC və digər radioların FM tezliklərində verilişlərini davam etdirməsi vacib bir amildir. Həmkarlarımdan kənar prezident Əliyevlə apardığım müzakirələrdən belə nəticə çıxarmaq olar ki, müəyyən yolla bu məsələdən çıxış yolu tapmaq mümkündür", - deyə, ABŞ dövlət katibinin müşaviri vurğulayıb.

Cənab Brayza alternativ informasiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində rolu ilə bağlı suala cavabda bildirib ki, əsas məsələ həmsədrlərin müzakirələri ilə bağlı mətbuatın dəqiq məlumat almasıdır:

"Bu isə müzakirələrin gedişi ilə bağlı jurnalistlərin tam və dəqiq fikir yaratmasına imkan verəcək. Mən düşünürəm ki, vətəndaş cəmiyyətində və hökumətdə bizim gördüyümüz işlərlə bağlı qalmaqal yaratmağın vaxtı keçib. O artıq tarixdir. İctimaiyyətə məlumat çatdırılmalıdır ki, müzakirə olunan məsələlər ədalətlidir, balanslaşdırılıb və hər iki ölkənin cəmiyyəti üçün vacibdir".


XS
SM
MD
LG