Accessibility links

Rusiya Gürcüstana hərbi təchizat satılmasına qadağa qoydu


Rusiya prezidenti Dmitri Medvedyev Gürcüstana hərbi məqsədlərlə istifadə oluna bilən hərbi təchizatlar və materiallar ixrac olunmasına qadağa qoyan sərəncam verib. Bu gün imzalanan fərman habelə hökumətə Rusiya materiallarının bilavasitə çatırılmasının qarşısının alınması üçün yolların tapılmasına göstəriş verir. Rusiyadan verilən məlumatlarda deyilir ki, Rusiyanın məhdudiyyətlərinə əməl etməyənlər iqtisadi sanksiyalarla qarşılaşacaqlar. Rusiya Ukraynanı Gürcüstana qeyri-qanuni silah-sursat çatdırmaqda ittiham edib. Avqust ayında 5 günlük müharibədən sonra Rusiya-Gürcüstan diplomatik əlaqələri dondurulub.
XS
SM
MD
LG