Accessibility links

Barak Obamanın ABŞ prezidenti kimi xalqa ilk müraciəti


Obama çıxışına ona etimad edilən tarixi vəzifəyə görə minnətdarlıqbildirməklə başlayıb və dövlət banilərininfədakarlıqlarını yada salıb. Amerikanın yeni prezidenti daha sonra sələfi Prezident Corc Buşa ölkəyə göstərdiyi xidmətlərinə vəhakimiyyətin dəyişməsi dövründə apardığıəməkdaşlığagörətəşəkkürünübildirib. O, deyib ki,çətin vaxtlarda ölkənin idarəsi təkcə yüksəkvəzifədəkilərin müdrikliyi və uzaq görənliyinə əsaslanmır, eyni zamanda “ulu babalarımızınideallarına və ölkəmizinquruluşuna dair sənədlərdə deyilənlərə sadiq qalmalarına əsaslanır.”
BarakObamaABŞ-ın 44-cü prezidenti kimi and içəndən sonra etdiyi çıxışında qeyd edib ki,ölkə davam etməkdəolanböhranlarla üzləşir. Amerikagenişmiqyaslızorakılıq və nifrətşəbəkəsinə qarşımübarizəaparır. Bəzilərininacgözlüyü və eyni zamanda ölkənin yeni eraya hazırlaşmasıüçün kollektiv olaraq çətin qərarları qəbul etməkdən boyun qaçırtdığımızagörəiqtisadi vəziyyətimizzəifləyib. İnsanlar evlərini, işləriniitiriblər vəhər gün “enerjidən necə istifadə etdiyimizin düşmənlərimizidaha da gücləndirdiyinin və planetimizihədə qarşısındaqoyduğunun şahidi oluruq.”
Barak Obama söyləyib ki, qarşıdakıvəzifələr çətindir və çoxdur. Onlar qısa müddət ərzində və asanlıqla həll olunmayacaq ancaq insanlar inanmalıdırlar ki, onlarhəll olunacaq.
XS
SM
MD
LG