Beynəlxalq insan haqları qrupu Human Rights Watch Azərbaycan hökumətini insan hüquqları fəalı Leyla Yunusa qarşı böhtan ittihamı ilə qaldırılmış işi dayandırmağa çağırıb.
Hökumət Leyla Yunusu polisin nüfuzunu salmaqda ittiham edib.
Human Rights Watch-un bu gün açıqladığı bəyanatda bildirilir ki, Azərbaycan hökuməti son iki ildə söz azadlığını məhdudlaşdırıb. Burada redaktorların və jurnalistlərin həbsləri, habelə qəzetlərin bağlanması göstərilir.