Accessibility links

Karolina Kennedi senatorluğa müraciət etməyəcək


ABŞ-ın qətlə yetirilən sabiq prezidenti Con F Kennedinin qızı Karolina Kennedi Nyu-Yorkdan Hillari Klintonun yerinə senatorluğa müraciət etməyəcəyini bildirib. Bu gün verilən açıqlamada deyilib ki, bu, Karolina Kennedinin şəxsi qərarıdır.

Nyu-York qubernatoru senatorluğa namizədin adını şənbə günü açıqlayacaq.

Karolina Kennedi Ağ evdə 1961-ci ildən atasının öldürüldüyü 1963-cü ilədək yaşayıb.Əmisi Robert Kennedi 1965-ci ildən öldürüldüyü 1968-ci ilədək Senatda Nyu-Yorku təmsil edib. Karolina Kennedinin senatorluq qərarı bir çoxları tərəfindən tənqid edilirdi. Belə ki, o, heç vaxtictimai vəzifələrdə xidmət göstərməyib.


XS
SM
MD
LG