Accessibility links

Şimali Koreya liderinin böyük oğlu varis olmadığını deyir


Şimali Koreya liderinin böyük oğlu bu gün bildirib ki, onun ölkəyə rəhbərlik etmək məramı yoxdur və yalnız onun atası öz varisini seçə bilər. Kim Conq Nam bu bəyanatı bu gün Pekinə şəxsi səfəri zamanı açıqlayıb. Cənubi Koreyanın Yonhap xəbər agentliyi kəşfiyyat mənbələrinə istinad edərək bildirmişdi ki, cənab Kim ən kiçik oğlu Kim Conq Unu özünə varis seçib. Çinin dövlət mediası Cümə günü cənab Kimin Pxenyandakı Çin elçisi ilə görüşdüyünü xəbər verib ki, bu da ötən avqustdan bəri Kommunist liderin xarici dövlət rəsmisi ilə ilk görüşü hesab olunur.
XS
SM
MD
LG