Accessibility links

İndiana gözəli Amerika gözəli titulunu alıb


İndiana ştatının gözəli 2009-cu il Amerika gözəli tituluna layiq görülüb. İndianapolis universitetinin 22 yaşlı tələbəsi Keyti Stam televiziyada xəbər proqramlarının aparıcısı olmaq istəyir. Müsabiqədə iştirak edən 51 nəfər arasında seçilən Stam 50 min dollar məbləğində mükafat alıb. O, bir il ərzində Miss Amerika təşkilatının təmsilçisi kimi dünya ölkərinə səfər edəcək. Corciya gözəli Çastiti Hardman birinci yeri tuturaq 25 min dollar məbləğində təqaüd alıb. Amerika gözəli müsabiqəsi Las Veqasda Planet Hollivud teatrından canlı yayımlanıb. Amerika gözəli müsabiqəsi 75 il bundan əvvəl keçirilməyə başlayıb.

XS
SM
MD
LG