Qırğızıstan rəsmiləri deyir ki, əsas müxalifət liderinin
qeyri-qanuni silah saxlaması ilə bağlı təhqiqat aparılır. Bununla o, cinayət ittihamları
ilə qarşılaşmış daha bir müxalif siyasətçi olub. Daxili İşlər Nazirliyi bu gün açıqlayıb ki,
müxalifətin son yürüşü zamanı Omurbek Tekebayevə məxsus avtomobildən qeyri-qanuni
silahlar aşkar edilib. "Ata Məkan" siyasi partiyasının lideri bu iddiaları rədd
edib. Frans Press Agentliyi Tekebayevə istinadən bildirir ki, o, təhdidlərlə
üzləşdiyi üçün özünü müdafiə məqsədilə silah saxlayır. Cənab Tekebayev 2010-cu
il prezident seçkilərində hakimiyyət üçün potensial rəqib hesab olunur. O,
Qırğızıstan siyasəti ilə bağlı Moskvada keçiriləcək beynəlxalq konfransa
qatılmağı planlaşdırırdı. Digər 4 müxalifət lideri də son həftələr
təhqiqatlarla üzləşir.