Accessibility links

İran ABŞ-ı xarici siyasətini dəyişməyə çağırıb


İran prezidenti Mahmud Əhmədinejad Obama administrasiyasını ABŞ-ın xarici siyasətində köklü dəyişikliklər etməyə çağırıb. Cənab Əhmədinejad bu gün İranın qərb bölgəsində keçirilən yürüşdə deyib ki, rəsmi Vaşinqton "İran xalqına qarşı 60 illik cinayət"inə görə üzr istəməlidir. İran prezidenti habelə Birləşmiş Ştatların bütün dünyada hərbi mövcudluğuna son qoymalı olduğunu dilə gətirib. Əlavə olaraq cənab Əhmədinejad deyib ki, ABŞ İsraili dəstəkləməkdən əl çəkməlidir. O, təkrarən İsrailin məhvinə səsləyib. ABŞ prezidenti Barak Obama bu həftə müsahibəsi zamanı demişdi ki, administrasiyası İrana əl uzatmaq istəyir.
XS
SM
MD
LG