Accessibility links

Barak Obama iqtisadi stimullaşdırma paketinin təsdiq ediləcəyindən əminliyini dilə gətirib


ABŞ prezidenti Barak Obama iqtisadi stimullaşdırma paketinin Konqres tərəfindən təsdiq ediləcəyindən əminliyini dilə gətirib. Prezident bunları Ağ Evdə yüksək səviyyəli nümayəndələrlə görüşdən əvvəl deyib. Obamanın təklif etdiyi 825 milyard dollarlıq iqtisadi xilas paketi ABŞ-ın Nümayəndələr Palatasında səsə qouylub.

Nümayəndələr Palatasının demokrat üzvləri sənədin təsdiqi üçün kifayət səsə malikdir. Lakin prezident Obama stimullaşdırma paketinin hər iki partiyanın dəstəyini əldə etməsinə çalışır. Koqresdə azlıq təşkil edən respublikaçılar planın hədzis dərəcədə məsrəfləri nəzərdə tutduğunu deyir.

Senatda isə 70 milyard əlavə vergi ixtisarı təklif edilən digər bir paket təsdiq edilib. Beləliklə planda nəzərdə tutulan xərclər 900 milyarda çatır. Prezident Obamanın iqtisadi xilas planını imzalaması üçün Nümayəndələr Palatası ilə Senatın mövqeyi üst-üstə düşməlidir. Demokratlar stimullaşdırma paketinin fevral ayının ortalarınadək təqdiq ediləcəyinə ümid bəsləyir.

XS
SM
MD
LG