Türkiyə mətbuatının verdiyi məlumata görə, İstanbulda polislə atışma zamanı bir Əl-Qaidə terrorçusu öldürülb, biri yaralanıb. Müxbirlər İstanbulun meri Muammer Gülərə istinadən atışmanın bu gün şəhərin Sultanbeyli hissəsində poçt idarəsində oğurluq cəhdi zamanı baş verdiyini bidiiri. Mer polisin üç şübhəli ələ keçirdiyini deyib. 2003-cü ildə İstanbulda 60-dan çox adamın ölümülə nəticələnmiş bri sıra bomba hücumlarına görə Əl-Qaidə günahlandırılmışdı.