Kenya
polisi məlumat verir ki, ABŞ prezidenti Barak Obamanın ögey qardaşı marixuana
gəzdirmək üstündə həbs olunub. Hüquq
mühafizə orqanları Corc Obamanın bu gün həbs edildiyini və hazırda Kenya paytaxtı
Nairobinin Huruma polis məntəqəsində saxlandığını xəbər verir.
CNN bildirir ki, Obama telestansiyanın müxbirlərindən biri ilə danışa bilib. O, deyib ki, evində həbs olunub və nədə ittiham edildiyini bilmir. Prezident Obama və Corc Obama eyni atadan olsalar da bir-birini demək olar ki, tanımırlar.