Accessibility links

Afrika Birliyi sammiti öz işinə başlayıb


Afrika Birliyi liderləri bu gün yarım illik sammitə Avropa Birliyinə oxşar pan-Afrika ölkələrinin yaradılması barədə müzakirələrlə başlayıblar. Bu planı illərdir təklif edən Liviya lideri Müəmmar Qəzzafi deyir ki, bu, Afrikaya Qərbin iştirakı olmadan iqtisadi və siyasi problemlərini həll etməyə kömək edəcək. Sammit iştirakçılar bu gün fikirə ümumi dəstəklərini izhar ediblər ancaq Afrikanın zəngin ölkələrinin çoxu təklifə soyuq yanaşır. Əddis-Əbabədə keçirilən sammit rəsmi olaraq Afrika infrastrukturlarının inkişafına həsr olunsa da, indiyədək qitənin böhranlarının həlli yollarının axtarılması ilə yadda qalıb. Dünən Afrika Birliyi Komissiyasının rəhbəri Cin Pinq Madaqasqarda sakitliyə çağırıb. Bu ölkədə müxalifət lideri deyir ki, o, hakimiyyəti ələ keçirib. Pinq isə birliyin heç bir qeyri-konstitusional hakimiyyəti tanımayacağını deyir.
XS
SM
MD
LG