Accessibility links

Barak Obama respublikaçı senatoru maliyyə naziri vəzifəsinə nominasiya edib


ABŞ prezidenti Barak Obama Maliyyə naziri vəzifəsinə respublikaçı senator Cad Qreqin namizədliyini irəli sürüb. Bu gün Ağ Evdə danışan ABŞ prezidenti Qreqi Maliyyə nazirliyinə rəhbərlik etmək üçün layiqli namizəd olduğunu deyib. Nyu Hempşir ştatından senator Qreq Senatın Büdcə komitəsinin yüksək səviyyəli respublikaçı üzvüdür. Onun səlahiyyətlərinə maliyyə, müdafiə və daxili təhlükəsizlik alt komitələrinin işi daxildir. Cənab Obama deyib ki, Cad Qreq işləri yerinə yetirmək üçün rəqib demokratlarla ustalıqla birgə işləyə bilir.

XS
SM
MD
LG