ABŞ Maliyyə Nazirliyi İraq və İran sərhədində
fəaliyyət göstərən Iran kürd qrupunu
terrorçu təşkilat kimi tanıyıb. Nazirlik Kürdüstan Azad Həyat Partiyası (PJAK)
kimi tanınan qrupa bu gün maliyyə sanksiyası tətbiq edib. ABŞ qurumu bu
təşkilatı Kürdüstan Fəhlə Partiyası –PKK-nın idarə etdiyini bildirib. ABŞ
Maliyyə Nazirliyi deyir ki, Kürdüstan Fəhlə partiyası İran kürdlərinin
müraciətlərinə cavab verərək 2004-cü ildə PJAK-ı yaradıb və ona nəzarət edib.