Accessibility links

Türkiyə məhkəməsi kürdpərəst qanunvericini həbs cəzasına məhkum edib


Türkiyə məhkəməsi kürdpərəst qanunverici Aysel Tuqluku kürd dəstəsini terrorçu qrup kimi pisləməkdən imtina etdiyinə görə 18 ay həbs cəzasına məhkum edib. Bu gün Diyarbəkir məhkəməsi qərar verib ki, Demokratik Cəmiyyət Partiyasının üzvü Aysel Tuqluk 2006-cı ildə Kürdüstan İşçi Partiaysının keçirdiyi aksiyaları dəstəklədiyi üçün anti-terror qanununu pozub. Türkiyə mediasının bildirdiyinə görə, Aysel Tuqluk terrorçu qrup kimi tanınan qeyri-qanuni PKK partiyasının terrorçu olmasını danmış və qrup üzvlərinin bəziləri üçün qəhrəman olduğunu söyləmişdir.

XS
SM
MD
LG