Accessibility links

Vitse-prezident Bayden xarici siyasət sahəsində prioritetləri göstərib


ABŞ-ın vitse-prezidenti Co Bayden Münhendə Təhlükəsizliyə dair 45-ci illik konfransda Birləşmiş Ştatların yeni adinistrasiyasının xarici siyasət sahəsində prioritetlərindən danışıb. Bayden deyib ki, Barak Obama administrasiyası hərbi güc deyil, diplomatiya, demokratiya və inkişaf məsələlərinə xüsusi diqqət yetirəcək. Lakin o bildirib ki, rəsmi Vaşinqton öz maraqlarını lazım olsa, güc vasitəsilə qoruyacaq. Vitse prezident Baydenin bildirdiyinə görə, Birləşmiş Ştatlar öz xarici siyasətini nəzərdən keçirdiyi bir zaman öz müttəfiqlərindən də bunu istəyəcək. O, NATO üzvlərinin Əfqanıstanda səylərini gücləndirəcəyinə ümid etdiyini deyib. Bu, Co Baydenin Birləşmiş Ştatlardan kənarda xarici siyasət sahəsində ən mühüm çıxışıdır.

XS
SM
MD
LG